Astarada güclü yağışlar nəticəsində Pensərçay məcrasını dəyişib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq, cənub bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Astara rayonun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrə qədər məcrasını dəyişib. Pensərçayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Su evlərin həyətlərinə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.