RU

Şimali Koreya: Raket sınağı uğurlu alınıb

Şimali Koreya, Cənubi Koreyanın dünən partladığını açıqladığı raket sınağını uğurla həyata keçirdiyini iddia etdi. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya Raket İdarəsindən verilən açıqlamada, dünən 170 ilə 200 kilometrlik bir ərazidə çox başlıqlı raket sınağı keçirildiyi bildirilib.

Çox başlıqlı raketin 3 fərqli hədəfə dəqiq çatdığını iddia edən Şimali Koreya Raket İdarəsi tərəfindən edilən açıqlamada, sınağın Şimali Koreyanın raket texnologiyasının inkişafı baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilib.

Raket ballistik və ya hipersəslidir?

Cənubi Koreya Baş Qərargahının dünən verdiyi açıqlamada, yerli vaxtla saat 05.30 radələrində Pxenyan yaxınlığından atılan “ballistik raketin” 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı bildirilib.

Yonhap Agentliyinin hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə Şimali Koreyanın “hipersəs raketi sınaqdan keçirmiş ola biləcəyi” təxmin edilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
kommersant.az

1Источники