RU

Polyaklar Rusiya ilə müharibəyə hazırlaşır – NATO hərəkətə keçir

Polşa Silahlı Qüvvələri mülki əhalini Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlamaq üçün “Ordu ilə tətillər” proqramını işə salıb.

KONKRET.az Associated Press-ə istinadən xəbər verir ki, proqramın əsas məqsədi hazırda 198 minə yaxın hərbçi olan Polşa ordusuna əvəzedicilər tapmaqdır.

“Tətillər” yayda bütün Polşada 70 yerdə, o cümlədən Rusiya və Belarus sərhəddi yaxınlığında keçirilir. Proqramda iştirak etmək üçün 18-35 yaş arası şəxslər qeydiyyatdan keçə bilər. Təlim məzuniyyətsiz 28 gün davam edir və hər kəsə 6 min zloti (1,5 min dollar) məbləğində pul ödənilir. Belə bir kursdan sonra işə götürülənlər ehtiyata buraxıla və ya ərazi müdafiəsində xidmətini davam etdirə bilər.

Qeyd edək ki, “Financial Times” daha əvvəl məlumat vermişdi ki, Rusiya ilə müharibə olacağı təqdirdə, “kağız üzərində” cəmi 1,9 milyon hərbi qulluqçu olmasına baxmayaraq, 300 mindən çox insanı cəbhəyə göndərmək mümkün olmayacaq.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
konkret.az

1Источники