RU

Şimali Koreya iyul ayında Ukraynaya qoşun göndərir

Şimali Koreya Donetsk vilayətinin işğal olunmuş ərazilərinə tikinti və mühəndis qoşunları göndərəcək. Bu, bu ilin iyulunda baş verəcək. Koreyalılar guya “bərpa işləri” aparacaqlar.

Editor.az xəbər verir ki, bu brədə Cənubi Koreyanın “TV Chosun” telekanalına istinadən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat verir. KXDR iyulun əvvəlində Donbasa irimiqyaslı mühəndis qüvvələri göndərməyə hazırlaşır. İddialara görə, KXDR ordusunun qüvvələri işğalçılara işğal olunmuş Donetskdə infrastrukturun bərpasına kömək edəcək. Telekanal qeyd edir ki, Şimali Koreya ordusunda 10 mühəndis briqadası var.

Şimali Koreya Ukraynanın işğal olunmuş hissəsinə üç və ya dörd mühəndis briqadası göndərərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər. Eyni zamanda Müharibənin Tədqiqi İnstitutu qeyd edir ki, Rusiya alternativ dünya nizamının əsasını təşkil etmək üçün SSRİ ilə tarixən isti əlaqələri olan dost dövlətlərdən ibarət koalisiya yaratmağa çalışır. Bununla belə, analitiklər hələ ki, Şimali Koreya qoşunlarının Ukraynada hərbi əməliyyatlarda iştirak etmək niyyətlərinin təsdiqini görməyiblər.

Bununla belə, Şimali Koreyanın birbaşa mühəndis dəstəyi Rusiyanın döyüş gücünü cəbhə xətti boyunca əməliyyatlar üçün azad edə və Rusiyanın işğal olunmuş Ukrayna ərazisində hərbi infrastrukturu və müdafiə istehkamlarını genişləndirmək səylərinə kömək edə bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
89
1
editor.az

2Источники