RU

Ermənistanın başqa variantı yoxdur - Növbəti delimitasiya Zəngəzurda başlaya bilər

Ermənistanın "Hraparak" qəzeti yazır ki, sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsi Zəngəzurda olacaq.
Nəşr bildirir ki, yaxınlarda üç gün Sünikdə (Zəngəzur) olan Baş nazir Nikol Paşinyan bir müddət ikinci plana atılan delimitasiya mövzusunu yenidən gündəmə gətirib:

"Paşinyan növbədə Sünikin ola biləcəyini gizlətmədən bu mövzuya bir daha toxunub. O qeyd edib ki, bu barədə Ermənistan və Azərbaycanın sərhəd komissiyaları qərar verməlidir. Bu xəbər rəsmi dairələrdə inanılmaz sevincə səbəb olub".

"Hraparak" bildirir ki, bura qədər Tavuşadan sonra demarkasiyanın harada aparılacağı bəlli deyildi, Paşinyanın son mesajlarından sonra isə məkan artıq dəqiqləşib. Söhbət Zəngəzurla yanaşı, həm də Göyçə və Dərələyəzdən gedir.

Naxçıvan istiqamətində atəşkəsin pozulması məhz Paşinyana bu işdə mane olmaq məqsədimi daşıyır? Ümumiyyətlə, bu informasiya nədən xəbər verir?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, hər hansı erməni mətbuatıında sərhədlərlə bağlı məlumatların yayılması ciddi fikir kimi qəbul edilə bilməz:


“Emənistanda ayrı-ayrı mətbuat orqanlarının Azərbaycan-Ermənistan sərhəd məsələsi barədə məlumat yayması hələ ciddi və əsaslı fikir kimi qəbul edilə bilməz. Məsələlər ikitərəfəli komissiya tərəfindən müzakirə olunur və yekun nəticə barədə cəmiyyətə məlumat verilir. Amma bununla belə vaxtaşırı Ermənistan KİV-lərində bu tip məlumatların yayılması, eyni zamanda Ermənistan cəmiyyətində reaksiya doğurması onu göstərir ki, Ermənistan cəmiyyəti Azərbaycanın öz sərhədlərini dəqiq müəyyənləşdirilməsində maraqlı olduğunu ciddi qəbul edir. Tarixi Azərbaycan torpaqlarında yaranan və xaricdə müəyyən dairələrin istəyi ilə formalaşan Ermənistan dövləti müstəqil olduqdan sonra problemlərini özü həll etməlidir. Belə məlum olur ki, Ermənistanda nə oturuşmuş dövlət, nə də beynəlxalq hüquqlara uyğun qonşu dövlətlərlə normal yaşayan cəmiyyətdir. 30 il torpaqlarımızı işğal altında  saxlaması, indinin özündə cəmiyyətin bir hissəsinin Azərbaycanla normal münasibətlərdən imtina etməsi bir daha çox çətin bir qonşu ilə əlaqədə olduğumuzu göstərir. Aramızda olan problemlər heç də asanlıqla həll edilmir. Amma bu problemlər beynəlxalq hüquqa əsasən həll olunacaq. Beynəxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanıyır. Başqa variant yoxdur”.

A.Mirzəzadə vurğulayıb ki, Ermənistanda cəmiyyət ayılmalıdır:
 

“Ermənsitan cəmiyyətində ciddi şəkildə ayılmalı və qəbul etməlidir ki, artıq Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurulmalı, iki ölkə arasında sərhədlər, ərazi bütövlüyü tanınmalıdır. Vaxtaşırı Azərbayacna  atəş açılması isə Ermənistan silahlı qüvvələrində müəyyən təxribatçı qurupların olduğunu göstərir. Bunların hakimiyyətlə bağlılığının olub-olmaması məsələsi tamam başqa bir mövzudur. Ortada olan budur ki, Ermənistan çox çətinliklə Azərbaycanla normal münasibətlər qurmağın vacibliyini qəbul edir. Azərbaycanın qətiyyəti və öz mövqeyini ciddi şəkildə müdafiə etməsi isə gec-tez sülh müqavilərinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Ermənistanın öz sərhədləri daxilində adi bir dövlət kimi hərəkət etməyə məcbur olması ilə nəticələnəcək”.

Politoloq Elxan Şahinoğlu söyləyib ki, Paşinyandan ordusuna nəzarəti gücləndirmək tələb olunur:


“Əlbəttə, Azərbaycan sərhədlərin müəyyənləşməsində, iki qonşu dövlətin problemlərinin həllinin sürətlənməsində maraqlıdır. Amma prosesin haradan davam edəcəyini söyləmək çətindir. Tavuş və Qazax istiqamətində sərhədlər müəyyənləşib. Növbəti istiqamətlər üzrə danışıqlar da gedir. Prosesin asan olacağını düşünmürəm. Naxçıvan istiqamətində atəşkəsin pozulması bəli, Ermənistandakı təxribatçıların əməli ola bilər. Paşinyan da bunu dolayısı ilə etiraf edib. Keçmişdə də o deyirdi ki, orduda "5-ci kalon" var və Ermənistan ordusu tam komplektləşdirilməyib. Paşinyan ordusuna tam nəzarət edə bilməyib. Naxçıvan isiqamətində təxribatlar məhz Ermənsitandakı radikal qüvvələrin təxribatı ola bilər. Lakin bu,Paşinyanın problemidir. O, sakitliyi təmin etməlidir. Biz əsas problemlərimizi həll etmişik. Ərazi bütövlüyümüzü, Qarabağ üzərində suverenliyimizi tam təmin etmişik. Atəşkəsin pozulması maraqlarımıza cavab vermir. Belə təxribatlar gələcəkdə də baş verə bilər. Sadəcə olaraq Paşinyan ordusuna nəzarəti artırmalıdırlar. Çünki təxribatlar artarsa, Azərbaycan fevralda olduğu kimi, həmin postu məhv edə bilər. Paşinyan deyir ki, ortaq komissiya yaransın. Niyə? Paşinyandan tələb olunan ordusuna nəzarəti gücləndirməkdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
modern.az

1Источники