RU

Hərbi analitik Hayk Nağapetyan Ermənistanın 5-ci Kanalında bəyan etdi

“Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi məsələsinə, hakimiyyətin yeni Konstitusiyanı qəbul etmək üçün Azərbaycanın şərtlərini yerinə yetirmək istəyini nəzərə alaraq baxmaq lazımdır.

Hər iki referendumu hakimiyyət eyni vaxtda keçirməyi planlaşdırır, çünki yalnız konstitusiya referendumu keçirilsə, seçicilərin iştirakı çox aşağı olacaq və referendum baş tutmayacaq,”

Ednews xəbər verir ki, bu fikirləri hərbi analitik Hayk Nağapetyan Ermənistanın 5-ci Kanalında bəyan edib. O, Paşinyan hakimiyyətinin yalnız Azərbaycanla sülhün bərpa edilməsindən sonra davam edə biləcəyini bildirib:

"İndiki hakim elita yalnız bir halda hakimiyyəti saxlaya bilər - Azərbaycanla sülh sazişi imzalandığı halda. Baş nazir Paşinyanın hakimiyyəti yalnız sülh əldə ediləcəyi təqdirdə davam edəcək. Lakin. bu sülhə nail olmaq üçün Bakı ilkin şərtlər qoyur – konstitusiyanın dəyişdirilməsi. Əsasən, Müstəqillik Bəyannaməsinin ləğvindən danışılır, yəni Ermənistanın əsas qanununda Qarabağla bağlı heç bir tələbin olmaması tezisi irəli sürülür."

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
ednews.net

1Источники