RU

Tələbələrin Azərbaycan iqtisadiyyatına və innovasiya ekosisteminə inteqrasiyası vacibdir - Emin Əmrullayev

Bakı. Trend:

Tələbələrin Azərbaycan iqtisadiyyatına və innovasiyaekosisteminə inteqrasiyası vacibdir.

Trend xəbərverir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Baku InvestmentDay (BakuID24)" tədbirində deyib.

Təhsil naziri 2014-cü ildə başladılan Sabah proqramının mühümuğurlarını qeyd edərək, proqramın son on il ərzində istedadlıtələbələrin hazırlanmasına töhfə verdiyini, onlara bacarıqlarıninkişafı və real dünya barədə məlumatlılığının artırılmasına imkanyaratdığını vurğulayıb.

"2014-cü ildə proqram başlayanda kontekst və reallıq bu günləmüqayisədə tamamilə fərqli idi. Müəyyən etdik ki, universitetlərdəəldə olunan biliklər heç də həmişə müasir əmək bazarının ehtiyacınıqarşılamaq üçün kifayət etmir. Təkcə nəzəri biliklər deyil, həm dəsənaye anlayışı, bizneslə əlaqəli mədəniyyətin inkişafı davacibdir", - nazir deyib.

O, həmçinin, tələbələrin Azərbaycanın iqtisadiyyatına vəinnovasiya ekosisteminə inteqrasiyasının vacibliyini qeyd edib vəbildirib ki, bu, mühüm dəyişikliklərə səbəb ola bilər.

"Gənc istedadlar karyeralarının erkən mərhələlərindəiqtisadiyyat sahəsindəki liderlərlə ünsiyyət qurmaq imkanı əldəetdikdə, bu, həqiqətən də, əhəmiyyət kəsb edir. Bu, uğur üçün lazımolan bacarıq və təcrübənin formalaşmasına imkan yaradır", - deyə ovurğulayıb.

Nazir rəqəmsal səriştələrin və STEM təhsilinin vacibliyini qeydedərək, bu il rəqəmsal bacarıqlar üzrə hazırlıqdan keçən ilktələbələrin buraxılışının olacağını qeyd edib. Nazir növbətiillərdə bu cür tələbələrin sayının əhəmiyyətli dərəcədə artacağınıvə bu sayədə gəncləri müasir çağırışlara hazırlamağın mümkünolacağına əminliyini bildirib.

"İnanırıq ki, istedadların sıxlığı mühüm rol oynayır. Gəncmütəxəssislərimiz kimi dünyanın heç bir yerində öz həmyaşıdlarındangeri qalmır. Bütün çətinliklərə baxmayaraq, təhsildə vəiqtisadiyyatda düzgün seqmentasiyaya diqqət yetirsək,transformasiya üçün böyük imkanlar görürük", - deyə o əlavəedib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
1
az.trend.az

2Источники