RU

QRİORYANIN “ERMƏNİ ARŞINI” VƏ ZAXAROVANIN ÇİRKİNLİYİ... - Nədən Qarabağı heç cür “bölə bilmirlər?”

"Müharibə etdik, Rusiya gəldi, “dağlıq Qarabağı” ermənilərdən alıb Azərbaycana verdi və geri qayıtdı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxtda baş verdi".

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, özü əslən Hadrutdan olan və ermənilərin uzun illər işğalda saxladıqları torpaqlarımızdan “şələ-küləsini” də götürüb qaçmalarını həzm edə bilməyən Armen Qriqoryan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ona özünü çox gözlətməyən cavabı isə belə olub: “Hakimiyyət təmsilçisi kimi bu cür şəxslər öz xalqını aşağılayırlar. Ermənistan vətəndaşları öz ərazilərini(?!) müdafiə ediblər, canlarını veriblər və bunu tarixi baxımdan vacib hesab ediblər. Ermənistanın bir dövlət kimi uzun illər ideologiyası məhz bu tezislər üzərində qurulub. Onlar bilirdilər ki, nə uğrunda döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər...”

Qriqoryanın bəyanatı mahiyyət etibarı ilə nə qədər həyasızdırsa, Zaxarovanın ona cavabı da bir o qədər, hətta ondan da artıq çirkin və iyrəncdir!

Əvvəlcə qeyd edək ki, Qriqoryanın bu açıqlaması bir daha göstərir ki, özünü “müasir”, “demokratik”, “sülhpərvər” və s. kimi dünyaya sırımağa çalışan Paşinyan hakimiyyəti xüsusilə də Azərbaycana, Türkiyəyə münasibətdə, işğalçılıq, qatı millətçilik, həyasızlıq, iftira və s. baxımından Koçaryan-Sarqsyan hakimiyyətyindən qətiyyən seçilmirlər. Göstərir ki, nə erməni cəmiyyəti, nə də onun “yeni-köhnə” hakimiyyəti öz mahiyyəti etibarilə dəyişən deyil – “itin quyruğunu kəsməklə, çevrilib qoyun olmur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azpolitika.info

1Источники