RU

Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?

Azərbaycan cari ilin 5 ayı ərzində aviaşirkətlərin Ermənistanın hava məkanından həyata keçirdiyi uçuşlara görə bu ölkəyə 49 min 459 avro ödəyib.

Teleqraf.com Publika.az-a istinadlla xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında deyilir.

Məlumata görə, ödəniş müəyyən olunmuş qaydada “Avrokontrol” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

2023-cü ildə isə aviauçuşlara görə Azərbaycan Ermənistana 80 min avro ödəmişdi.


Müəllif: Teleqraf.com
Избранный
88
9
teleqraf.com

10Источники