RU

Qəzzada dərman və tibbi ləvazimat çatışmazlığı səbəbindən 1000 dializ xəstəsinin həyatı təhlükə altındadır

Qəzzada Səhiyyə Nazirliyi bildirib ki, bölgədə dərman və tibbi ləvazimat çatışmazlığı səbəbindən təxminən 1000 dializ xəstəsinin həyatı təhlükə altındadır.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, nazirlikdən verilən yazılı açıqlamada tibbi ləvazimat və dərman çatışmazlığının daha çox təcili və reanimasiya şöbələrində, cərrahi əməliyyatlar zamanı yaşandığı qeyd olunub. Həmçinin anesteziya ilə yanaşı dializ xəstələrinin istifadə etdiyi dərmanların tükəndiyi bildirilib.

 

Dializ xəstələrinə göstərilən səhiyyə xidmətlərinin yalnız palliativ müalicə ilə məhdudlaşdığı, dərman çatışmazlığının 1000-ə yaxın dializ xəstəsinin həyatını təhlükə altında qoyduğu vurğulanıb.

Bəyanatda beynəlxalq qurumlar "Qəzzada xəstə və yaralıların həyatını xilas etmək, lazımi dərman və tibbi ləvazimatları qarşılamaq üçün sürətlə müdaxilə etməyə" çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
aztibb.az

1Источники