RU

İnger Anderes: Əsas hədəfimiz tullantıları minimuma endirməkdir

Bakı, 27 iyun, AZƏRTAC

“Dünyada ətraf mühitin çirkləndirilməsi olduqca qlobal məsələdir. Əsas hədəfimiz tullantıları minimuma endirməkdir”.

AZƏRTAC xəbər verir ki, bunu “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson deyib.

O qeyd edib ki, dünyada münaqişələr artmaqda davam edir: “Düşünürəm ki, tullantıları sıfırlamaq üçün dünya dövlətləri birlikdə düşünməli, dayanıqlı həll yolları tapmalıdır. Afrika kimi yerlərdə tullantıları idarə etmək üçün kifayət qədər infrastruktur yoxdur. Bu bizim də problemimizdir və bütün dövlətlər bir araya gəlməlidir”.

BMT-nin Baş Katibinin müavini tullantıların yeni tikinti məhsulları kimi istifadə oluna biləcəyinə diqqət çəkib: “Biz tullantıları 2030-cu ilədək azaltmağı planlaşdırırıq. Eyni zamanda, kənd təsərrüfatında yeni metodlardan istifadə etmək olar. Tullantıları azaltmaq və yenidən emal etmək gəlirləri də artıracaq. Bu proseslərin cəmiyyətə verəcəyi müsbət nəticələri düşünmək lazımdır. Bütün sektorlarda tullantıları sıfırlamaqla yeni dəyərli məhsullar əldə etmək olar. Təəssüf ki, dünyada hər gün 3 milyard ton tullantı artır. Düşünürəm ki, COP29 tədbiri ilə bağlı Azərbaycanda aparılan müzakirələrlə tullantıların qarşısını ala bilərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
azertag.az

3Источники