RU

“Rusiya indi daha çox hərbçisini ucuz motosikletlərlə ölümə göndərir” – “Forbes” itkilərlə bağlı məlumat paylaşıb

Hərbi texnikaları getdikcə tükənən Rusiya indi daha çox hərbçisini ucuz motosikletlərlə ölümə göndərir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Forbes” nəşrində yayımlanan məqalədə bildirilir.

Sözügedən məqalədə qeyd olunur ki, bu cür döyüş taktikası nəticəsində daha çox rus hərbçisi həlak olur və ya yaralanır.

Hərbi analitik Endryu Perpetua bildirir ki, bu ilin fevralında rus ordusuna məxsus 5, martda 1, apreldə 13, mayda 56 və təkcə iyunun ilk həftəsində 9 motosiklet Ukrayna pilotsuz uçuş aparatları tərəfindən məhv edilib.

Qeyd olunur ki, ciddi itkilərə baxmayaraq, rus ordusu hücumlarda motosikletlərdən istifadəni iki qat artırıb. Bildirilir ki, Krasnoqorovka ətrafındakı döyüşlərdə istifadə üçüb Rusiya ordusunun 5-ci motoatıcı briqadasından ibarət xüsusi motosiklet taqımı yaradılıb. Mənbələrin məlumatına görə, həmin motosikletlərdən lazımi yüklərin çatdırılmasında və yaralıların təxliyyəsində istifadə edilir.

“Lakin onlar çox güman ki, birbaşa döyüş rolunu da oynayacaqlar. Təchizat çatışmazlığı rus komandirləri getdikcə daha çox motosiklet qoşunlarını Ukrayna mövqelərinə hücumlara göndərməyə məcbur edir”, -deyə məlumatda bildirilir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
1
azpolitika.info

2Источники