RU

Biznes, istehlak və ipoteka kreditlərinin həcmi artıb

Bu ilin may ayında bankların kredit portfeli aprel ayı ilə müqayisədə 2,1 faiz və ya 513,7 milyon manat artaraq 25 158,2 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına əsasən, kredit portfelinin strukturunda biznes kreditlərin payı 54.8% (13 784,7 milyon manat), istehlak kreditlərinin payı 29,7% (7 480,2 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (3 893,3 milyon manat) təşkil edib.

Ay ərzində bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308,4 milyon manat (+2,3 faiz), 153,2 milyon manat (+2,1 faiz) və 52,2 milyon manat (+1,4 faiz) artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
vergiler.az

1Источники