Ukrayna “Avropa yolu ilə getməyi” dayandırarsa, Avropa İttifaqı rəsmi Kiyevə yardımdan imtina etmək hüququnu özündə saxlayır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,“Reuters” agentliyi xəbər verir ki, bu barədə müvafiq bənd tərəflərin iyunun 27-də imzalanması nəzərdə tutulan saziş layihəsində yer alıb.Aİ sənədi layihəsində deyilir ki, “Ukrayna Avropa yolunu tutduqca onun öhdəlikləri qüvvədə qalacaq".
Tərəflər müqavilənin imzalandığı tarixdən 10 il sonra öhdəliklərinə yenidən baxa bilər.