RU

Şimali Koreyanın yeni raket sınağı

Şimali Koreya bir ballistik raketin müxtəlif hədəflərə birdən çox döyüş başlığı buraxmasına imkan verən MIRV (Multiple Independent Targeting Vehicle) texnologiyasını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, son silah sınağı ilə bağlı açıqlama dünən Yaponiya dənizinə doğru naməlum raket buraxan Şimali Koreyadan gəlib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə , bir ballistik raketin müxtəlif hədəflərə çoxlu döyüş başlığı buraxmasına imkan verən MIRV (Multiple Independent Targeting Vehicle) texnologiyasının uğurla sınaqdan keçirildiyi bildirilib. Sınaqda orta mənzilli bərk yanacaqlı ballistik raketin birinci pillə mühərrikindən istifadə edildiyi və bu çərçivədə müxtəlif döyüş başlıqlarının təxminən 200 kilometrlik ərazidə 3 fərqli hədəfə yönəldildiyi bildirilib. Vurğulanıb ki, MİRV döyüş texnologiyasının uğurunu ölçmək məqsədi daşıyan silah sınağı ölkənin müdafiə fəaliyyətinin rutin bir hissəsidir.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın dünən yerli vaxtla saat 05.32-də Yaponiya dənizinə doğru naməlum ballistik raket atdığı bildirilib. İlkin təsbitlərə görə, raketin ölkənin müstəsna iqtisadi zonası (EEZ) hüdudlarından kənara düşdüyü bildirilərkən , bölgədə üzən təyyarə və gəmilərə heç bir ziyan dəymədiyi qeyd edilib.

Sınaqı təsdiqləyən Cənubi Koreya Baş Qərargahı da Pxenyanın hipersəs raketi buraxdığını açıqlayıb. Raketin təqribən 250 kilometr qət etdiyi bildirilsə də, sonradan sınağın uğursuz olduğu bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
29
turkustan.az

10Источники