RU

ABŞ-da "danq qızdırması" ilə bağlı xəbərdarlıq edilib

ABŞ-da "danq qızdırması" ilə bağlı xəbərdarlıq edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.

Məlumatda xüsusilə həkimlərə bu xəstəliyə qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Qeyd olunub ki, yanvarın 1-dən iyunun 24-dək ABŞ-a səfər edənlər arasında 745 nəfərdə yoluxma faktı aşkarlanıb.

Hesablama dövründə Amerika qitəsində 9,7 milyondan çox yoluxma faktı qeydə alınıb.

Bu göstərici 2023-cü ilin ümumi yoluxma sayından 2 dəfə çoxdur.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə rast gəlinən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir. Yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında yoluxmaların sayı artır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
e-huquq.az

1Источники