RU

“Barselona” ispaniyalı hücumçu üçün təklif hazırlayır

“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın transferi üçün yeni təklif hazırlayır.



Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçu üçün dərhal 55 milyon avro + 10 milyon bonus təklif etmək istəyir. “Barselona” anlaşmaya bir il əvvəl “Atletik”dən azad agent kimi komandaya qoşulmuş mərkəz müdafiəçisi İniqo Martinesi də daxil etmək istəyir.



Amma “Barsa” bu şərtlərlə razılaşmanın əldə olunacağına o qədər də inanmır.



Uilyams La Liqanın son mövsümünü 5 qol və 11 məhsuldar ötürmə ilə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona niko uilyams

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
komanda.az

1Источники