RU

COP29  Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada göstərəcək- ÖZƏL

"Azərbaycanın alternativ enerji mənbələrinə çıxış yollarını genişləndirməsi onun iqtisadi və siyasi gücünü də artıracaq". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Enerji təhlükəsizliyinin təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi o deməkdir ki, Azərbaycan regiondakı liderliyini bundan sonra da  qoruyub saxlayacaq. Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan  bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır.  COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
olaylar.az

1Источники