RU

AYNA-dan Biləcəri qəsəbə sakininin şikayətinə cavab: “Əgər sərnişin tələbatı varsa…”

Bir neçə gün öncə Biləcəri qəsəbə sakini Aygün Əhmədova saytımıza müraciət edərək, 203 nömrəli avtobusun axşam saat 10-un yarısından sonra işləməməsini bildirmişdi:
 
“Biləcəri qəsəbəsindəki yeni yaşayış massivində avtobus problemi illərdir ki, mövcuddur. 203 nömrəli avtobus axşam saat 10-un yarısından sonra işləmir. Analoji vəziyyət 2-3 ildir ki, hökm sürür. Bilmirik dərdimizi kimə deyək?! Əslində aidiyyatı qurumlara yığılıb şikayət etmişik, problemdən xəbərləri var, amma nədənsə həllinə heç kim çalışmır. Yaxşı, bəs biz sakinlər nə edək?!” deyə şikayətçi açıqlamışdı.
 
Moderator.az-a AYNA-dan verilən məlumata görə əgər sözügedən marşruta tələbat varsa bu məsələyə baxıla bilər.
 
 
“Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivini “Azadlıq” metrostansiyası ilə əlaqələndirən 203 nömrəli müntəzəm marşrut üzrə 5 avtobus 9-10 dəqiqə intervalla hərəkət edir. Marşrut üzrə sonuncu avtobus təsdiq edilmiş pasporta uyğun olaraq son dayanacaq məntəqəsindən 21:30-da hərəkətə başlayır. Marşrut üzrə avtobusların iş saatının uzadılmasına sərnişin tələbatı təhlil edildikdən sonra baxıla bilər.   
 
Qeyd edək ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz” i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir” deyə AYNA-dan bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
moderator.az

1Источники