RU

Cəmiyyətdə qələbənin psixoloji təsiri: Deputatdan maraqlı TƏKLİF

“Vətən müharibəsində qazanılan qələbə yeni reallıqlar formalaşdırdı”.

Yenicag.az xəbər verir ki, bunu “Qlobal Çağırışlar və Sosial Elmlər” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunlardan biri də cəmiyyətdə qələbənin psixoloji təsiridir.

“Bu gün Azərbaycanın tarixi uğuru ilə bağlı şeirlər, sözlər yazılsa da, qələbə psixologiyasının təsiri barədə məlumat yoxdur. Bu mənada qələbənin Azrbaycan xalqı üzərində sosial-psixoloji təsiri mütləq araşdırılmalıdır”,- deyə deputat bildirib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
yenicag.az

1Источники