Azərbaycanda ilk dəfə Nərimanov Tibb Mərkəzi nəzdində fəaliyyət göstərən Yanıq mərkəzinin Plastik-rekonstruktiv cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində “Ginekomastiya” diaqnozu ilə qəbul olan II Qarabağ qazisi Nəsirli Abasət Eldar oğlu üzərində “Ginekomastiyanın ləğvi” əməliyyatı icra olunub.
Bu barədə Aztibb.az-a Nərimanov Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, əməliyyatı Nərimanov Tibb Mərkəzinin həkim-plastik cərrahı Xəyal Cəfərov həyata keçirib.
Əməliyyat uğurla nəticələnib.