RU

Kirayə evlərlə bağlı TƏHLÜKƏ: Bu mənzillər bədbəxtlik gətirir

Paytaxtın kirayə mənzil bazarında son bir ildə artım müşahidə edilir. Bu sahədə 10-20 faiz arasında bahalaşma qeydə alınıb. 

Bəs kirayə verilən mənzillərin təhlükəsizliyi nə dərəcədə qorunur? Kirayə mənzil götürərkən vətəndaşlar nəyə diqqət etməlidir ki, həyatları təhlükə altında qalmasın? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, insanlar adətən münasib qiymətli ev axtarışına çıxır və təhlükəsizlik məsələləri arxa plana atılır: 

“Kirayə mənzil axtarışına çıxarkən insanlar münasib qiymət kriteriyalarına uyğun olan mənzillərin seçiminə üstünlük verirlər, lakin bu halda, təhlükəsizlik məsələləri arxa planda qalır. Bu da öz növbəsində bədbəxt hadisələrin baş verməsini qaçılmaz edir. Baş verən bədbəxt hadisələrdə həm ev sahibinin, həm də mənzildə kirayə yaşayanların məsuliyyəti var. Kirayə mənzil seçərkən evdə qaz təchizatının normaya uyğunluğu yoxlanılmalı, elektrik naqillərinin qısaqapanmaya meylli olub-olmaması, açıq şəraitdə elektrik naqillərinin olması, hamam otaqlarında qazla işləyən su qızdırıcıların olmasına yol verilməməlidir”. 

Ekspert bildirib ki, kirayə mənzil götürən şəxslər mütləq evin qanunun tələblərinə cavab verib-vermədiyinə diqqət etməlidir:  SEO Nədir

“Qaz təchizatı haqqında qanunun tələblərinə uyğun olaraq qazla işləyən su qızdırıcılarının hamam otağına qoyulması yolverilməzdir. Mənzil daxilində çəkilən qaz xəttləri maneəsiz və əlçatan olmalıdır. Bəzi hallarda mənzilləri təmin edərkən qaz xətlərinin üzəri örtülür və yaxud divarın iç hissəsinə yerləşdirilir. Bu da qaz təchizahı haqqında qanunun tələblərinə görə qadağandır. 

Kombi ilə qızdırıcı və ya istilik təchizatı olmayan binalarda əsasən, kustar üsulla hazırlanmış və nasaz elektrik qızdırıcı cihazlardan istifadə hallarına yol verilir. Bu da öz növbəsində, evdə baş verə biləcək yanğın hadisələrinin riskini yüksəldir”.

O.Musayev kirayə müqaviləsi ilə bağlı vacib məqamları da sadalayıb:

“Mənzillərin kirayə verilməsi və ya götürülməsi mütləq hər iki tərəf arasında yazılı müqavilə əsasında aparılmalıdır. Belə ki, mənzili təhvil alarkən və ya verərkən hər iki tərəf arasında yazılı müqavilə bağlanmalı, həmin müqaviləyə təhlükəsizlik aktı əlavə olunmalıdır və təhlükəsizlik aktında mənzilin mövcu dvəziyyəti göstərilməlidir. Sənədləşmə işlərini apararkən mütləq elektrik naqillərinə, qaz təchizatına, su, havalandırma sistemlərinə baxış keçirilməlidir. Vizual baxış keçirmək mümkün olmadığı hallarda hər bir sahə üzrə mütəxəssisin çağırılması və mütəxəssis tərəfindən baxış keçirilməsinə zərurət var. 

Mənzillərdə balkon varsa, balkondakı çəpərləmənin möhkəm olub-olmaması yoxlanılmalı, xüsusilə də uşaqların mövcud olduğu mənzillərdə təhlükəsizlik tələblərinə xüsusi yanaşılmalıdır. 

Qəza hadisələri zamanı əlaqə saxlamaq üçün yaxınlıqda olan məntəqələrin əlaqə nömrələri ilə tanış olunmalıdır. Ümumilikdə, kirayə mənzillərin götürülməsi və verilməsi zamanı hər iki tərəfin təhlükəsizlik qaydalarına riayət etməsi və bu qaydaların tələblərinə əməl olunması ilə bağlı xüsusi həssaslıq və diqqət göstərilməsi mühüm əhəmiyyət kəsb edir”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
yenisabah.az

1Источники