RU

Fransada seçkilər: İfrat sağçılar öndədir

Fransada

Paris, 27 iyun, AZƏRTAC,

Fransada parlament seçkilərinin birinci turuna üç gün qalmış keçirilən sosial sorğuların nəticələri ifrat sağçıların aşkar üstünlüyünü göstərir.

AZƏRTAC xəbər verir ki, sosial sorğunun nəticələrinə görə, ifrat sağçı Milli Birlik (RN) partiyası səslərin təqribən 36 faizini toplayacaq. İPSOS sorğu institutunun “Radio France”, “France TV”, “Le Monde”, “Sciences Po Cevipof”, “Institut Montaigne” və Jean-Jaurès Fondunun sifarişi ilə keçirdiyi sorğularda ifrat sağçıların üstünlüyünün artdığı müşahidə olunur. Bir neçə gün əvvəl keçirilmiş sorğunun nəticələri ilə müqayisədə ifrat sağçıların mövqeyi daha da möhkəmlənib.

Yeni Xalq Cəbhəsi partiyası ətrafında toplaşan solçuların ittifaqı 29 faiz səslə (-0,5%) ikinci yerdə qərarlaşır. Üçüncü yerdə isə hazırki Prezident Makronun tərəfdarları yer alır - 19,5 faiz.

Respondentlərin 60 faizi Milli Assambleyada ən çox yer qazanacaq partiyanın Milli Birlik olacağına inanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
1
azertag.az

2Источники