RU

Kriştianu Ronaldu rekordlar qırmağa davam edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu daha bir rekorda imza atıb.
Məlumata görə, Ronaldu milli komanda ilə 50-ci oyuna çıxan ilk avropalı futbolçu adına yiyələnib.
O, bu göstəriciyə Gürcüstan seçməsi ilə çıxdığı görüşdə imza atıb.
Xatırladaq ki, dünən keçirilən görüşdə Gürcüstan millisi 2:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl beş Avropa çempionatında iştirak edən ilk və yeganə futbolçu olmaqla yanaşı, həm də çıxış etdiyi bütün qitə birinciliklərində qol vuran və turnirdə ən çox qol vuran oyunçu kimi də adını futbol tarixinə yazdırıb.
Mənbə: İFFHS.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
50
oxu.az

10Источники