RU

Boliviyada dövlət çevrilişinə cəhd zamanı azı 9 nəfər yaralanıb

Boliviyada general Xuan Xose Zuniqanın hərbi çevriliş cəhdi zamanı 9 nəfər yaralanıb.

Bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib.

“Təəssüf ki, ilk doqquz yaralı haqqında məlumatımız var. Cənab Zuniqanın məqsədi bu ölkədə hakimiyyəti öz əlinə almaq və faktiki rejim qurmaq idi. Zuniqa dövlətin siyasi konstitusiyasını pozaraq, ölkəmizin hökumətini ələ keçirmək istəyirdi. Yaralılar bunun məşq olmadığını sübut edir”, - "Los Tiempos" portalı Kastillo-dan sitat gətirir.

Nazir mətbuat konfransında onu da bildirib ki, dövlət çevrilişinə cəhddə iştirak edənlər ölkənin təhlükəsizliyini qorumaq üçün istifadə olunan texnika və silahlardan istifadə ediblər. “Dövlət çevrilişi macərası” uğursuzluğa düçar olsa da, prokurorluq belə halları hərtərəfli araşdırmaya borcludur.

Избранный
107
aznews.az

1Источники