RU

Dilində sülh, əlində avtomat – Paşinyan atəşkəsi pozmaqla daxili etirazları necə boğur?

Ermənistanın Baş naziri Nikol Paşinyanın ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqi üzrə işə başlamağı təklif edir.

Bildirilir ki, Ermənistan baş nazirinin bu il 15 iyun tarixli bəyanatının ardı olaraq və Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın.

Amma dəfələrlə atəşkəsin pozulması sübut edir ki, İrəvandan həm sülh, həm də atəş səsləri gəlir. Sülhə istəyirlərsə, atəşkəs niyə pozulur? Hərbi eskalasiya mümkündürmü? Sülh prosesi təhlükə altına düşə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az saytına danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, atəşkəs pozulmalarının səbəbi Ermənistandakı daxili problemlərdir:

“Diqqəti daha çox iki versiya çəkir. Birinci versiya odur ki, Ermənistan ordusunun daxilində Paşinyana qarşı kifayət qədər müxalif mövqeli, ruspərəst zabitlər var. Onlar atəşkəsi pozaraq sülh müqaviləsinin bağlanması prosesini uzatmağa çalışırlar. İkinci versiya isə atəşkəsin pozulmasının arxasında məhz Paşinyanın özünün dayanmasıdır. Bu ehtimalı müdafiə edənlər hesab edir ki, Paşinyan sərhəddəki gərginlikdən yararlanaraq daxili etirazları söndürməyə çalışır. O, bununla erməni ictimai rəyinə bu mesajı verir ki, Azərbaycan müharibəyə başlasa, Ermənistan daha çox torpaq itirəcək, Ermənistan sülh müqaviləsini yubatsa, Azərbaycanın  hücuma keçmək üçün əsasları olacaq”.

Atəşkəsi pozmaqla Paşinyanın öz xalqını qorxutduğunu vurğulayan A.İsazadə deyir ki, Paşinyan sərhəddəki gərginlikdən maraqlarının təmin etmək məqsədilə istifadə edir:

“Son hadisələr də bunu təsdiqləyir. Məsələn, Naxçıvan istiqamətində atəşkəs pozulan kimi Baqrat Qalstanyanın etiraz aksiyası bitdi”.

Mədinə Useynova

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
konkret.az

1Источники