RU

Polşa və Baltikyanı ölkələr Aİ-dən Rusiya ilə sərhəddə müdafiə xəttinin tikilməsini istəyir

Polşa, Litva, Latviya və Estoniya liderləri Aİ-yə Rusiya və Belarus sərhədləri boyunca 700 km-lik müdafiə xəttinin birgə tikintisini təklif ediblər. Onlar iddia edirlər ki, bu, hərbi təhdidlərdən və “Moskvanın digər zərərli hərəkətlərindən qorunmaq üçün lazımdır.

Turkustan.az xəbər verir ki, dörd Şərqi Avropa ölkəsinin rəhbərinin Aİ rəhbərliyinə göndərdiyi məktubda “hərbi və hibrid təhlükələrdən” qorunmaq üçün NATO ilə koordinasiyada müdafiə infrastrukturunun yaradılmasından bəhs edilir. Liderlər hesab edirlər ki, Aİ-nin xarici sərhədini həm hərbi, həm də mülki vasitələrlə gücləndirmək üçün “fövqəladə tədbirlər” görülməlidir.

Avropalı diplomatların Reuters-ə verdiyi müsahibədə 2,5 milyard avro və ya 2,67 milyard dollar dəyərində qiymətləndirilən belə irimiqyaslı və bahalı layihənin həyata keçirilməsi üçün Aİ tərəfindən koordinasiya və məqsədyönlü fəaliyyət lazımdır. Bu məsələlər iyunun 27-də Brüsseldə açılacaq sammitdə müzakirə olunacaq.

Onlar həmçinin Yunanıstan və Polşa tərəfindən İsrailin Dəmir Günbəzinə bənzər ümumavropa hava hücumundan müdafiə sisteminin qurulması və müxtəlif Aİ ölkələrinin müdafiə strukturlarının səylərini əlaqələndirən təklifi müzakirə edə bilərlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
turkustan.az

1Источники