RU

İcra Hakimiyyətində əməliyyat: saxlanlan vəzifəli şəxslər sərbəst buraxılıb? (Yenilənib)

İcra

Daşkəsən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.(Qafqazinfo)

Əməliyyatın detallarını əldə etməyə çalışırıq.

***

Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Daşkəsən rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov sərbəst buraxılıb.

Bu barədə Gununsesi.info-ya prokurorluq orqanlarındakı mənbə bildirib.

Məlumatda deyilir ki, həmin şəxslər barəsində cinayət işi açılsa da onlar polis nəzarətinə verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
reyting.az

2Источники