RU

Aİ-92 ilə bağlı daha bir AÇIQLAMA

"Biz kifayət qədər Aİ-92 markalı benzin istehsal edirik. Aİ-95-i isə qismən istehsal edir, qismən Avtopadan gətiririk. İndi də xoş xəbər var ki, yeni nəhəng zavod tikiləcək. Aİ-95 Avro standartda benzin istehsal ediləcək".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

"Aİ-92-nin bahalaşması məsələsini gözləmək lazımdır. Görək, belə bir şey varmı... Hələ rəsmi heç bir fikir yoxdur. Adi fikir mübadilələridir. Ümumiyyətlə, hansısa rəsmi dövlət orqanı, ya Tarif Şurası nəsə fikir bildirsə, bundan sonra müzakirə edə bilərik. Təklif edirəm ki, səbirli olaq, gözləyək", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 İyun 2024, 11:14   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
pravda.az

2Источники