RU

Petrosyan Qriqoryanı aşağıladı: “Get sirkdə tısbağa əhliləşdir!“

Ermənistan parlamentinin keçmiş üzvü, siyasi fəal Gevorq Petrosyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı aşağılayan videomüraciət yayıb.

O, Qriqoryanın qalmaqallı bəyanatına toxunarkən deyib: “Mən bir daha hakim partiyanın üzvlərinin bəyanatlarına, siyasi bəlalara istinad etmək məcburiyyətindəyəm. Qriqoryan nə deyir? O, əclafdır. Deyir ki, Rusiya gəlib Dağlıq Qarabağı bizdən alıb Azərbaycana qaytarıb. Amma Nikol "Artsax" ifadəsini işlətməyə icazə vermir. Diqqətlə baxın, geri qaytardı deyir... Nə qaytarılır? Yəni başqasına aid idi. Heç utanırsan? Sən Təhlükəsizlik Şurasının katibisən axı... Get ondansa sirkdə tısbağaları əhliləşdir".

Xatırladaq ki, Armen Qriqoryan bir sıra məsələlərlə bağlı açıqlamalar verib. Onlardan biri xüsusi səfehliyi ilə diqqət çəkib: “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu, reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi".

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
news365.az

1Источники