RU

Əsəd Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyir: Rusiyadan vasitəçi kimi istifadə etdi

Türkiyə ilə əlaqələr qurmaq istəyən Suriya prezidenti Əsəd: “Suriya, ölkənin bütün ərazisi üzərindəki suverenliyi ilə terror və terror təşkilatları ilə mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətlərinə yönəlmiş bütün təşəbbüslərə açıqdır”.

Turkustan.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə Suriya-Türkiyə münasibətləri ilə bağlı açıqlamalar verib.

Suriyadakı rejimin agentliyi olan SANA-nın xəbərində Əsədin Lavrentiyevlə görüşdüyü bildirilib.

Xəbərdə Əsədin görüş zamanı " Suriya, ölkənin bütün ərazisi üzərindəki suverenliyi ilə terror və terror təşkilatları ilə mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətləri ilə bağlı bütün təşəbbüslərə açıqdır " dediyi bildirilib.

Lavrentiev isə Türkiyə-Suriya əlaqələri ilə bağlı bütün təşəbbüsləri dəstəklədiklərini ifadə edərək, " Vasitəçiliklərin müvəffəqiyyəti üçün şərtlərin hər zamankindən daha uyğun olduğunu görürük. Rusiya danışıqları irəli aparmaq üçün işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır ” .

Bu yaxınlarda bir televiziya kanalında açıqlama verən xarici işlər naziri Hakan Fidan bölgədə qarşıdurma vəziyyətinin olduğunu bəyan edərək Əsəd rejiminə çağırış edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
turkustan.az

1Источники