RU

Keçmiş Baş katib: BMT Təhlükəsizlik Şurası bugünkü münaqişələrdə dalana dirənib

Türkiyənin Birləşmiş Millətlər Təşkilatında (BMT) islahat çağırışına dəstək artır. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun daimi üzvləri tənqid edərək, Şuranın ən əsas funksiyasını yerinə yetirə bilmədiyini deyib. “Şura bugünkü münaqişələrdə dalana dirənib. Daimi üzvlər 1945-ci ildə onlara verilmiş veto hüququndan sui-istifadə edirlər. Sistem pozulub, köhnəlib, təmsil olunmaz hala gəlib, sülh və təhlükəsizliyi qorumaq, eləcə də günahsız insanların həyatını qorumaq kimi ən əsas funksiyasını yerinə yetirə bilmir”, - deyə Pan Gi Mun qeyd edib Qeyd edək ki, sessiyada “2023 Uşaq və Silahlı Münaqişə Hesabatı” dərc olunub. Məlumata görə, terror təşkilatı PKK/YPG tərəfindən 9-17 yaş arası 800-dən çox uşaq saxlanılıb. Bundan əlavə, 231 uşaq təşkilata qoşulmağa məcbur edilib. Birləşmiş Millətlər Təşkilatı qeyd edib ki, dünyada baş verən silahlı münaqişələr, zorakılıq və terror hadisələri uşaqlara böyük zərər verir. Qəzza, işğal altındakı İordan çayının qərb sahili, həmçinin Şərqi Qüdsdə uşaqlara qarşı pozuntuların 155 faiz artdığı, münaqişədə minlərlə azyaşlının öldüyü və müxtəlif xəsarətlər aldıqları bildirilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
bizimyol.info

1Источники