Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycanda çox böyük tarixi hadisələr gerçəkləşir, ölkəmizdə beynəlxalq tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin iyunun 27-də keçirilən iclasında söyləyib.
O bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkəmizin inkişafına töhfə verəcək.
“Xankəndidə yaşayan ermənilər separatçı quldurlardan canlarını qurtardıqları üçün çox şaddırlar və onların bəziləri Qarabağda təhlükəsiz şəkildə yaşayırlar”, - deyə Bəxtiyar Əliyev vurğulayıb.
Komitə sədri əlavə edib ki, Ermənistan regionda sülhə təhdid yaratmamalıdır. Azərbaycanın sülh təşəbbüslərini qəbul etməli və regionda sabitlik üçün addım atmalıdır.