RU

Rusiya-Hindistan ticarəti rekord göstəricilərə çatıb

Rusiya ilə Hindistan arasındakı ticarət bu ilin ilk 4 ayında yüzdə 10 artaraq 23 milyard 100 milyon dollara yaxınlaşaraq tarixin ən yüksək səviyyəsinə çatıb.

Ednews Sputnik-ə istinadən xəbər verir ki, Hindistan Gömrük İdarəsinin məlumatlarına əsaslanaraq etdiyi hesablamalara görə, Hindistanın Rusiyadan idxalı yanvar-aprel dövründə yüzdə 10 artaraq 21 milyard 600 milyon dollara çatıb.

Rusiya Hindistanın ikinci ən böyük mal tədarükçüsüdür. Çin bu sahədə 32 milyard 600 milyon dollarlıq tədarüklə liderlik edir.

Bu qəfil artım sayəsində Rusiya Hindistanın ən çox ixrac etdiyi ölkələr siyahısında dörd pillə irəliləyərək 29-cu yerə yüksəlib.

Hindistanın ən çox ixrac etdiyi ilk 5 ölkə ABŞ (27,4 milyard dollar), BƏƏ (13,4 milyard dollar), Hollandiya (9,2 milyard dollar), Sinqapur (7 milyard dollar) və Çin (6 milyard dollar) olub.

Rusiya Hindistanın dördüncü ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Xəyal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
ednews.net

1Источники