RU

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

“Sabah”ın

Bakı, 27 iyun, AZƏRTAC

"Hələlik rəqiblər barədə məlumata sahib deyilik. Məşqçilər heyəti toplanışa start verdikdən sonra komanda ilə birgə analiz aparacaqlar".

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah" basketbol komandasının üzvü Endər Poladxanlı FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin püşkatması barədə danışarkən deyib.

Kapitan digər komandaların avrokubok təcrübələrinin "Sabah"dan çox olduğunu bildirib: "Biz ardıcıl ikinci mövsüm beynəlxalq arenada çıxış edəcəyik. Lakin ötən il Avropa Kubokunun əsas raunduna vəsiqə qazanmaqla sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Çempionlar Liqasındakı hədəf müntəzəm mərhələyə yüksəlməkdir. Düşünürəm ki, püşk bizim üçün uğurlu alındı. Rəqiblərin nə zəif, nə də güclü olduğunu deməzdim".

26 yaşlı oyunçu turnirin yarımfinalında potensial rəqibləri olan İsveçrənin "Friborq Olimpik" komandasının güclü olduğunu söyləyib: "Bu rəqib barədə məlumata sahibəm. Onların çox güclü heyəti var. Lakin "Sabah"ın da hədəfi Çempionlar Liqasında irəli getməkdir. Heç bir komandadan çəkinmirik".

E. Poladxanlı təsnifat mərhələsinin finalında potensial rəqiblər arasında Portuqaliya təmsilçisi "SL Benfika"nın iddialı və güclü kollektiv olduğunu da vurğulayıb.

Qeyd edək ki, təsnifat mərhələsinin oyunları 15-22 sentyabrda keçiriləcək. “Sabah” ilk matçında 1/4 finalda İsveçin "Norrkoping Dolphins" komandası ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
azertag.az

1Источники