Sumqayıtda “ Mercedes” markalı avtomobil piyadanı vururaraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Ümgülsüm İslam qızı Abdullayevanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da o dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info