RU

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun dəstəyilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
 
Aztibb.az-a Cəlilabad RMX-dan verilən xəbərə görə, qanvermə aksiyasında xəstəxananın və digər təşkilatların əməkdaşları iştirak ediblər.
 
Hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinələrdən sonra qan götürülüb.
 
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
aztibb.az

1Источники