RU

“Həmin şəxsi tərksilah edən mülki şəxs rütbəli polisdir”- Elşad Hacıyev

Sosial şəbəkələrdə Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin mülki şəxslər tərəfindən saxlanıldığı iddia olunur.

 

Sfera.az bildirir ki, bununla bağlı görüntülər də yayılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələyə aydınlıq gətirib.

 

“Şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır”, - o qeyd edib.

 

Xatırladaq ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
sfera.az

2Источники