RU

Baltikyanı ölkələr Rusiya sərhədində müdafiə xəttinin çəkilməsinə çağırır

Polşa, Litva, Latviya və Estoniya alyansı Moskvanın hərbi təhdidlərindən və “digər zərərli fəaliyyətlərindən” qorumaq üçün Avropa İttifaqının Rusiya və Belarusla sərhədi boyunca müdafiə xəttinin çəkilməsinə çağırıb.

Editor.az bu barədə Reuters-ə istinadla xəbər verir. Sənəddə bildirilir ki, sərhəddə müdafiə infrastrukturunun yaranması Aİ-nin hərbi və hibrid təhlükələrdən qorunması probleminin həllinə kömək edəcək. Hibrid təhlükələrə hərbi və qeyri-hərbi təhlükələr, həmçinin dezinformasiya, kiberhücumlar, iqtisadi təzyiqlər və sərhəddə miqrasiya böhranı yaratmaq cəhdləri daxildir. Baltikyanı ölkələrin liderləri deyirlər ki, birgə sərhəd mühafizəsi layihəsinin miqyası və dəyəri Aİ-dən birbaşa hərəkət tələb edir. Layihəyə təxminən 2,5 milyard avro və ya 2,67 milyard dollar lazımdır. Baltikyanı ölkələr əmindirlər ki, Rusiya və Belarusla sərhəddə müdafiə xətti NATO ilə razılaşdırılmalıdır.

Agentliyin məlumatına görə, məsələ iyunun 27-28-də Brüsseldə keçiriləcək sammitdə müzakirə olunacaq.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
editor.az

1Источники