RU

ABŞ-da yaşayan güneyli həkim Pezeşkiana dəstək verdi

ABŞ-da yaşayan tanınmış güney azərbaycanlı həkim-cərrah Şapur Ənsəri İranda prezident seçkilərində iştirak edən türk namizəd Məsud Pezeşkiana dəstək verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Şapur Ənsari özünün sosial media hesabında paylaşım edib.

"Yaxın dostum və həmkarlarımdan olan cənab Məsud Pezeşkianın namizədliyini müsbət hesab edirəm.

Mən onunla işləmişəm, onun müharibə dövrü və ondan sonrakı dövr həkimlik fəaliyyəti təqdirəlayiqdir və İran prezidentliyinə ən yaxşı seçimdir.

Özünə hörmət, sədaqət, tibb sahəsi və siyasət meydanındakı parlaq təcrübəsi doktor Pezeşkianın üstün cəhətidir."

Qeyd edək ki, Məsud Pezeşkian İranın 8, 9, 10, 11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalib gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.

Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.

2013 və 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.

Məhəmməd Xatəmi dövründə səhiyyə naziri olan M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, bir daha evlənməyib.

Bu günə kimi olan rəy sorğularına görə, Məsud Pezeşkian reytinq cədvəlində digər 5 rəqibindən irəlidədir./GünazTV

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
xezernews.az

1Источники