Səudiyyə Ərəbistanının Mədinə-i Münəvvərində təxminən 30 min türk zəvvar Çexiya ilə matçı böyük həyəcanla izləyib.
News24.az xəbər verir ki, gecə namazından 1 saat sonra ekran qarşısına əyləşən zəvvarlar qaldıqları otellərin foyelərində duyğulu anlar yaşayıblar.
Çayxanada mobil telefon və noutbukla izləməyə başladıqları matçda ilk qolu vurulanda otel ayağa qalxıb.
Günel Məlikzadə