RU

ABŞ Polşanın Rusiya ilə müharibəyə hazırlaşdığı qənaətinə gəlib

Polşa Silahlı Qüvvələri vətəndaşları “Ordu ilə bayramlar” yay proqramında iştirak etməyə dəvət edir.

Editor.az bu barədə Associated Press agentliyinə istinadla məlumat yayıb. Nəşr qeyd edib ki, “Polşa əsgərləri axtarmaq üçün “Ordu ilə bayram” təşkil etməklə Rusiyanı diqqətdə saxlayır. Proqrama həmçinin Rusiya ilə mümkün münaqişə vəziyyətində 18-35 yaş arası polyaklara ödənişli hərbi təlim də daxildir. “Ordu ilə bayram”ın iştirakçıları məzuniyyətsiz 28 günlük təlimdən sonra hərbi and içirlər. Sonra onların ehtiyata getmək və ya ərazi müdafiəsində xidmətini davam etdirmək arasında seçim olacaq. Yay proqramı sayəsində Polşa hakimiyyəti 198 minlik ordunu genişləndirməyə ümid edir.

İyunun 13-də Polşa Belarusla sərhəddə Qaynovski və Bialistok vilayətlərində “bufer zona” yaradıb. Polşa hakimiyyəti bunun dövlət sərhədlərinin daha yaxşı mühafizəsini təmin etmək və sərhədçilərin təhlükəsizliyini artırmaq üçün edildiyini iddia edir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
editor.az

1Источники