RU

Sabah Baydenlə Trampın ilk debatı olacaq

Image

Dördillik fasilədən sonra sabah ABŞ Prezidenti Co Baydenlə onun sələfi Donald Tramp arasında prezident seçkiləri öncəsi ilk debat keçiriləcək. Debat yerli vaxtla iyunun 27-si saat 21:00-da (Bakı vaxtı ilə 28 iyun saat 05:00) başlayacaq. Bu debat prezident seçkiləri ilə bağlı ənənəvi debatlardan erkən təşkil olunub.

Debat CNN-in Atlanta şəhərində yerləşən binasında baş tutacaq. Ceyk Tapper və Dana Baş debatın moderatorları olacaqlar. Debatda tamaşaçı iştirak etməyəcək. Veriliş CNN-ə məxsus kanallarda canlı yayımlanacaq.

Debat zamanı yalnız çıxış haqqı olan namizədin mikrofonu açıq olacaq. Moderatorlara vaxtı müəyyən etmək və müzakirəni təmin etmək üçün bütün vasitələrdən istifadə etmək səlahiyyəti veriləcək. Debata Bayden başlayacaq.

Mətləb






Избранный
54
3
baki-xeber.com

4Источники