RU

Lənkəranda su basan ərazilərdən 11 nəfər təxliyə edilib

Bakı. Trend:

İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı,Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayışevləri və həyətyanı sahələrin subasmaya məruz qalması vəvətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə HallarNazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxilolub.

Nazirlikdən Trend-ə verilən, məlumata görə, bununlaəlaqədar ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzininqüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşlarıntəxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirlərigörülüb.

Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə11 nəfər təxliyə olunub.

Bundan əlavə, Hacıqabul rayonun İkinci Udullun kəndində subasmanəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabulrayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindəntəxliyə edilib.

Həmçinin, Mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindənQəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artmasısəbəbindən çay yatağında qalan içərisində 4 nəfərin olduğu minikavtomobilinin çıxarılması üçün müvafiq kömək göstərilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
32
az.trend.az

10Источники