RU

İranda sükut günü başladı


İranda prezidentliyinə namizədlərin seçkiqabağı təşviqat dövrü yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 8:30) başa çatıb və ölkədə sükut günü başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahı da bəyanat yayıb.
“Bütün namizədlərdən, partiyalardan, siyasi hərəkatlardan və onların tərəfdarlarından müəyyən edilmiş müddət bitdikdən sonra namizədləri dəstəkləmək üçün hər hansı təşviqat tədbiri keçirməkdən çəkinmələri, həmçinin səsvermə günü hər hansı təşviqat simvollarını taxmamaları tələb olunur”, - bəyanatda deyilir.
Qeyd edək ki, ümumilikdə beş siyasətçi prezidentlik uğrunda mübarizəyə qatılacaq. Bunlar parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, respublikanın Təhlükəsizlik Şurasındakı mənəvi liderin nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi və islahatçı hesab olunan keçmiş səhiyyə naziri Məsud Pezeşkiyandır.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
yeniavaz.com

1Источники