RU

Almatıda AİB-in biznes forumu çərçivəsində birinci sessiya başlayıb

Almatı. Trend:

Avrasiya İnkişaf Bankının (AİB) Almatıda keçirilən biznes forumuçərçivəsində "Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusunda birincisessiyası başlayıb.

Trend-inmüxbiri xəbər verir ki, sessiyada iştirakçılar Mərkəzi Asiyadövlətlərində maliyyə layihələrinin təməl prinsiplərini müzakirəedəcək, yanaşı problemləri və onların həll mexanizmlərini nəzərdənkeçirəcək.

Spikerlərin məruzə və çıxışlarının mövzusu İslam bankçılığı vəmaliyyəsinin inkişafına qanunvericiliyin və dövlət tənzimlənməsinintəsiri olacaq.

Qeyd edək ki, qlobal bank aktivlərində İslam maliyyəsi seqmenti,2024-cü ilin əvvəlinə olan məlumatlara görə, 2 faiz təşkil edir,lakin bu, artıq 4 trilyon ABŞ dollarıdır və sürətlə artmaqdadır.Beləliklə, 2015-2021-ci illər ərzində dünyada İslam aktivlərininhəcminin orta illik artımı ənənəvi maliyyə aktivləri arasında 5,8faizlə müqayisədə 10,5 faiz təşkil edib.

İslam bankları hazırda dünyanın 40-dan çox ölkəsində dayanıqlımövqelər tutub və klassik kredit təşkilatları ilə effektiv rəqabətaparmağa başlayıb.

AİB İslam maliyyəsi istiqamətinin inkişafına 2023-cü ildəbaşlayıb, İslam İnkişaf Bankının dəstəyi ilə İslam maliyyəsiprinsiplərinə uyğun olaraq maliyyələşdirmənin təmin edilməsi üçünxüsusi "İslam pəncərəsi" yaradılır. AİB regional inkişaf bankı kimiMərkəzi Asiyada İslam investisiyaları üçün "bələdçi" və regionaltərəfdaş olaraq çıxış etməyi planlaşdırır.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
3
az.trend.az

4Источники