RU

Səudiyyə Ərəbistanından geri qayıdan qolçu Azərbaycanda bu qədər pul qazanacaq

Transfer çalışmalarını davam etdirən “Sabah” Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlayıb.

Almaniyalı vingerin köhnə-yeni klubunda nə qədər pul qazanacağı məlumdur.

O. qarşıdakı mövsümdə 200 min dollar alacaq.

Razılaşmaya əsasən, Nigeriya kökənli legionerin gəliri sonrakı sezonda bir qədər də artırılacaq. Bunun üçün oyunların 70 faizində meydana çıxmalıdır ki, sözləşməsi avtomatik 1 il də uzadılsın.

Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanına - “Əl-Faysal”a transfer edilmişdi. İndi isə bura azad agent kimi qayıdıb.

Adıçəkilən ölkənin birinci liqasında özünü göstərə bilməyən vinger 2 illik kontraktına vaxtından əvvəl, ikitərəfli qaydada xitam verib.

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
sportinfo.az

1Источники