RU

Saatlıda iki narkokuryer tutuldu

Bakı. Trend:

Saatlıda iki narkokuryer tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regionalqrupundan Trend-ə verilən məlumata görə, Saatlı Rayon PolisŞöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbivətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərovvə Ağarəhim Yolçuyev saxlanılıblar.

Bildirilib ki, həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədədpatron darağı və 8 ədəd patron götürülüb.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkəvasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitəmüqabilində kuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyevbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdəkeçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb,onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuanagötürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
20
az.trend.az

10Источники