RU

Azərbaycanın bir kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT - Ailələr köməksiz qalıblar

Azərbaycanın bir kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT - Ailələr köməksiz qalıblar

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.

"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.

Xatırladaq ki, İsmayıllının Qoydan kəndində sürüşmə səbəbindən təhlükə yaranması ilə bağlı məlumat vermişdik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
sonxeber.az

1Источники