Bakıda qıza görə gənc oğlanı qətlə yetirəni yaxalayanlar mülki şəxslərdir? - DİN-dən AÇIQLAMA
İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.